Cümə , Avqust 14 2020
Ana səhifə / Bölgələr / Hərbi xidmətdən qayıdan oğluna məclis edən ata cərimələndi

Hərbi xidmətdən qayıdan oğluna məclis edən ata cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı övladının hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən ata inzibati məsuliyyətə cəlb edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının rayon ərazisində pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Həmçinin oxuyun

Hadi Rəcəblinin qardaşı vəzifəsiz qaldı — Rəhbəri olduğu idarə ləğv olundu

Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəcəbov İqbal Musa oğlu vəzifəsindən azad edilib. “MediaPost”un məlumatına …