Şənbə , Mart 23 2019
Ana səhifə / Bölgələr / Hər dəfə Ağdama gedən vətəndaşdan DYP əməkdaşları niyə 20 manat istəyir?

Hər dəfə Ağdama gedən vətəndaşdan DYP əməkdaşları niyə 20 manat istəyir?

Redaksiyamıza müraciət edən Ağdam rayon sakini Rəhimov Azər Nəsib oğlu bildirir ki, martın 15 səhər radələrində Ağdam rayonunun Quzanlı kəndinə ailəsi ilə birlikdə yas yerinə gedərkən, Dövlət Yol Polisi əməkdaşlarının qanusuz əməlləri ilə üzləşib: ” İdarə etdiyim avtomobilimi demək olar ki, yol hərəkəti haqqda qanunlardan kənara çıxmadan idarə edirəm. Ona görə ki, elə bir güclü maliyyə imkanım yoxdur ki, tez-tez qanunları pozub ailəmin büdcəsindən cərimə ödəyim. Ayın 15 səhər radələrində Ağdama gedərkən 02 BX 500 dövlət nömrə nişanlı avtomobilimi tam qanunlarla idarə etdiyim halda, Bakı Qazax yolunun təxminən 280-ci kilometrində yerləşən 8-ci Tağımın əməkdaşı olan cavan bir inspektoru saxladı. Məndə adəti üzrə avtomobilimi yolun kənarına çəkərək saxladım. Mənə yaxınlaşan polis serjantı sənədlərimi tələb etdi. Məndən əvvəl avtomobilimdən düşən qardaşım polis əməkdaşına yaxınlaşdı ki, yas yerinə gedirik bizi ləngitmə xahiş edirik. İnspektor çəkinmədən və əsassız yerə “20 manat verin , gedin”, dedi. Bu haqqsızlığa dözə bilməyib əsəbləşdim. Postun kimandirinə etiraz edib, niyə məndən əsassız yerə 20 manat istədiyi ilə maraqlandım. Komandir sualıma cavab vermək əvəzinə, ” bu dəqiqə səni soxduracam içəri , sən polisləri təhqir etmisən”, dedi. Mən infarkt keçirmiş və şəkər xəstəsi olan bir adamam. Torpaqlarını itirmiş didərgin həyatı yaşan birisiyəm, axı mən öz doğma yurduma, yuvama adicə bir yas yerinə getmək üçün, heç bir qayda- qanun pozmadan niyə 20 manat şirinlik ödəməliyəm? Bu sözlərimdən bir balaca yumuşalan komandir Etibar müəllim getməyimə icazə verdi. Ancaq avtomobilimi saxlayıb xəstə ürəyimi yenidən xəstələndirib, şəkərimin qalxmasına insulin qəbul etməyimə səbəb olandan sonra, mənə olunan hörməti hörmətsizlik sayıram. Mən ali təhsilli mühəndisəm. Sizlərdən xahiş edirəm mənim bu məktubumu daxili işlər naziri, çox hörmətli cənab Ramil Usubova çatmasına yardımçı olasız”.

Yazıda adları çəkilən şəxslərlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq. (Reportyor.tv)

Həmçinin oxuyun

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında – VİDEO

Azərbaycanın tanınmış CBC Televiziyası rus dilində “Eto Azerbaydjan” (Bu Azərbaycandır) adlı verilişdə Naxçıvanın Novruz bayramı …