Ana səhifə / Bölgələr / Həkim səhlənkarlığından öldüyü deyilən uşaq sağ tapıldı

Həkim səhlənkarlığından öldüyü deyilən uşaq sağ tapıldı

Sosial şəbəkələrdə Bərdədə yaşayan qadının azyaşlı nəvəsinin klinikaların birində öldüyünü iddia etməsi barədə məlumat yayılıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanlı öz feysbuk hesabında məlumat paylaşaraq bildirib ki, qadının dedikləri həqiqətə uyğun deyil. Onun sözlərinə görə, 11 yaşlı uşaq sağ-salamatdır, ata-anasının yanındadır:“Halbuki nənə uşağın hər iki valideyninin vəfat etdiyini söyləmişdi. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi və məsələnin araşdırılmasını israrla istəmirdi. Yəqin azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş.
Özünü yazıq biri kimi təqdim edən qadın sadəcə dilənçiliyi, insanları aldadaraq “yetimdir” deyib pul dilənməyi özünə peşə seçibmiş.
Həyətlərində 2 evi və maşınları da var. Məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırıldı və həqiqət üzə çıxdı. Nənə bu əməlinə görə qanun qarşısında cavab verəcək”.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxs oğluna məktəbli qız alıb?

Lerikdə məktəbli qızın ərə verilməsi barədə iddialar yayılıb. İddialara görə, Lerikdə orta məktəbdə oxuyan 17 yaşı …