Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Bölgələr / Həbs edilən icra başçısının daha bir kadrı işdən çıxarıldı – FOTO

Həbs edilən icra başçısının daha bir kadrı işdən çıxarıldı – FOTO

Goranboy rayon İcra Hakimiyyəti başçısının sosial iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Elçin İsmayılov işdən azad olunub.

Bu barədə baku.ws-in bölgə müxbirinə Goranboy rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata əsasən, E.İsmayılov səhhətində yaranan problemə görə öz ərizəsi ilə işdən azad olunub.

Hələlik onun yerinə heç bir təyinat olmayıb.

Bildirək ki, Elçin İsmayılov həbs edilən sabiq icra başçısı Nizaməddin Quliyevin dövründə müxtəlif məsul vəzifələrdə çalışıb.

O, icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini və digər vəzifələrdə işləyib.

Həmçinin oxuyun

Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşdı

Lerik rayonunda baş verən yol qəzasında sürücü ölüb. Rayonun Piran kəndində “Niva” markalı  avtomobil təxminən 85 …