Şənbə , Noyabr 28 2020
Ana səhifə / Bölgələr / Güclü leysan rayonlarda fəsadlar törətdi

Güclü leysan rayonlarda fəsadlar törətdi

Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Küləklə müşahidə olunan yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

Belə ki, Daşkəsən rayonunda leysan yağış səbəbindən bəzi ərazilərdə təsərrüfata zərər dəyib. Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Samux rayonunun da bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Şəmkir rayonunda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilməsi dayandırılıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq rayonlarda güclü ildırım çaxır. Report

Həmçinin oxuyun

Ermənilərin Tərtərə atdığı “Smerç” muzeyə verildi – VİDEO

Ermənistan tərəfindən 29 oktyabrda Tərtərə atılan “Smerç” raketi rayon muzeyinə təhvil verilib. Bu barədə Azərbaycan …