Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Bölgələr / Güclü külək şimal bölgəsində fəsadlar törətdi – FOTO

Güclü külək şimal bölgəsində fəsadlar törətdi – FOTO

Bu gün gecə saatlarından ölkənin Şimal bölgəsində başlayan güclü külək həm işıq, həm də qaz təsərrüfatına ciddi ziyan vurub.

Publika.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi birgə məlumat yayıb.

Bildirilib ki, ağacların, fərdi yaşayış evlərinin və müxtəlif təyinatlı tikililərin hasar və dam örtüklərinin aşması nəticəsində qaz və işıq xətləri qırılaraq yararsız hala düşüb. İşıq dirəkləri yerindən qoparaq aşıb, qaz tənzimləyici şkaflar və sayğaclar zədələnib.

Əsasən Xudat şəhərinin həm mərkəzində, həm də Muxtadır, Vələmir,digər kənd və yaşayış massivlərində fəsadlar qeydə alınıb. İlkin olaraq 30-a yaxın işıq dirəyinin aşdığı, işıq xətlərinin qırıldığı, ayrı-ayrı yerlərdə 57 mm diametrində qaz xətlərinin zədələndiyi qeydə alınıb. İşıq və qaz təchizatında müvəqqəti olaraq fasilələr yaranıb. Lakin hər iki qurumun qarşılıqlı birgə fəaliyyəti nəticəsində məlumat mübadiləsi aparılır, fəsadların aradan qaldırılması üçün dərhal tədbirlər görülür.

Qeyd edək ki, yaranmış vəziyyət “Azəriqaz” İB və “Azərişiq” ASC rəhbərliklərinin nəzarəti altındadır. Bu narahatlıqlar barədə hər iki qurumun Çağrı mərkəzinə (“Azərişiq” ASC – 199 və “Azəriqaz” İB -104/185) məlumat vermək xahiş olunur.

Həmçinin oxuyun

Vasif Talıbov fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İcbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” …