Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Bölgələr / Güclü külək qərb bölgəsində bir sıra fəsadlar törətdi — VİDEO

Güclü külək qərb bölgəsində bir sıra fəsadlar törətdi — VİDEO

Şəmkirdə güclü külək təsərrüfatlara, evlərə ciddi ziyan vurub. Bəzi kəndlərdə elektrik və rabitə xəttləri sıradan çıxıb.


Baku TV xəbər verir ki,Şəmkirdə başlayan güclü küləklə müşahidə olunan leysan yağış bir sıra ciddi problemlərə yol açıb. Belə ki, rayon mərkəzi, eləcə də Səbət Bazarı, Qaracəmirli, Qapanlı, Yeniabad və Təzəkənd kəndlərində mənzillərin dam örtükləri uçub, iri gövdəli ağaclar aşıb. Həmçinin elektrik və rabitə xətləri sıradan çıxıb. İstixanalar və meyvə-tərəvəz məhsulları yararsız hala düşüb.


Ilkin məlumata görə, təbiət hadisəsi nəticəsində 40 fərdi evə ziyan dəyib. Təxminən 20 elektrik dirəyi sıradan çıxıb. 18 iri gövdəli ağac tamamilə aşıb. Yaranan vəziyyətin aradan qaldırılması istiqamətində rayon İcra Hakimiyyəti yanında yaradılan xüsusi komissiyanın rəyinə əsasən güclü külək və sel xarakterli yağış 24 yaşayış məntəqəsində fəsadlar törədib.


Hazırda dəymiş ziyanın dəyərinin tam hesablanması istiqamətində işlər davam etdirilir.

Həmçinin oxuyun

Vasif Talıbov fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İcbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” …