Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Bölgələr / Göytəpə zibillik içində – VİDEO

Göytəpə zibillik içində – VİDEO

Rəssam Ülviyyə Musayeva “Facebook” sosial şəbəkəsində Cəlilabad rayonunun Göytəpə şəhərindəki antisanitar vəziyyəti əks etdirən görüntülər paylaşıb.

Belə ki, kadrlarda çayın yaxınlığında məişət tullantılarının olduğu görünür. Tullantılar nəinki çayın kənarındadır, həm də çaya atılıb.

“Bura böyük bir poliqondur. Ətraf mühitdə nə baş verdiyini görün. İnsanlar ətrafı zibilləyirlər, çünki zibilləri atmağa başqa yerləri yoxdur”, – deyə Ü.Musayeva bildirib.

Ü.Musayeva bu ərazinin xəstəlik mənbəyi olduğunu vurğulayıb. O, müvafiq dövlət qurumlarını problemə reaksiya verməyə və tədbirlər görməyə çağırıb.

Həmçinin oxuyun

Sabirabaddan prezidentə müraciət olundu – VİDEOİTTİHAM