Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Bölgələr / Göyçaydakı yararsız məktəb binası nə vaxt təmir olunacaq?

Göyçaydakı yararsız məktəb binası nə vaxt təmir olunacaq?

Sosial şəbəkələrdə Göyçay rayonu Kürdəmiş kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olması barədə məlumat paylaşılıb.

Bildirilir ki, məktəb təhsil üçün tamamilə yararsız haldadır, qış aylarında isə dərs otaqları odun sobası ilə qızdırılır.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisəsinin təmir olunması məsələsinə növbəti illərdə baxılacaq:

“Göyçay rayonu Kürdəmiş kənd tam orta məktəbində hazırda 219 şagird təhsil alır. Binada əsaslı təmir, bərpa-gücləndirmə işlərinə növbəti illərin investisiya proqramında baxılacaq”.

Həmçinin oxuyun

Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi …