Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Bölgələr / Göyçayda güclü külək bir sıra fəsadlar törədib (VİDEO)

Göyçayda güclü külək bir sıra fəsadlar törədib (VİDEO)

Dünən günorta saatlarından başlayaraq əsən güclü külək Göyçay rayonunda bir sıra fəsadlar törədib.
Güclü küləyin təsiri nəticəsində Göyçay şəhərinə və bir neçə kəndə elektrik enerjisinin verilişi bir neçə saat dayanıb. Külək ağaclara, elektrik və rabitə naqillərinə zərər vurub.
İlkin məlumata görə, külək gecə saatlarında Göyçay rayonunun ərazisində beşmərtəbəli yaşayış binasının dam örtüyünü yerindən qopararaq səkinin üstünə aşırıb. Xöşəxtlikdən həmin vaxt ərazidə heç kim olmayıb.
Göyçay şəhərində və kəndlərdə külək nəticəsində qaz təminatında problem olmayıb.
Rayonun bir neçə kəndlərində yanğın hadisələri qeydə alınıb. Əsasən Məlikkənd və Şıxbəy kəndlərində 5 hektara yaxın ərazidə biçilmiş taxıl sahəsi, kol-kos yanaraq tələf olub. Hava küləkli olduğundan yanğın qısa vaxtda əraziyə yayılıb. Əraziyə FHN-nin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları və canlı qüvvəsi cəlb edilib. Görülən tədbrlər nəticəsində alovun yaxınlıqdakı ərazilərə keçməsinin qarşısı alınıb.
Rayonda elektrik və rabitə xətlərinin verilişi bərpa edilib.
Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində dəyən ziyanı araşdırır.

Həmçinin oxuyun

Sabirabaddan prezidentə müraciət olundu – VİDEOİTTİHAM