Ana səhifə / Bölgələr / Göyçayda dəhşətli qəza — ölü və yaralılar var (FOTOLAR)

Göyçayda dəhşətli qəza — ölü və yaralılar var (FOTOLAR)

Göyçayda 1 nəfərin ölmü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə rayonun Cəyirli kəndində olub.


Belə ki, rayonun Kürdəmiş kənd sakini Allahverdiyev Akşin Firudin oğlu idarə etdiyi “Daewoo” marka minik avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi Babayev Ələkbər Tapdıq oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub.


Qəza zaman “VAZ 21011” sürücüsü – 1952-ci il təvəllüdlü Babayev Ələkbər Tapdıq oğlu ölüb.


Digər avtomobilin sürücüsü Kürdəmiş kənd sakini, Allahverdiyev Akşin Firudin oğlu və sərnişinləri – 1999-cu il təvəllüdlü Qasımov Elton Qasım oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Ramiz Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.


Faktla bağlı araşdırma aparılır. (“Qafqazinfo”)

Göyçayda qəza

Həmçinin oxuyun

Şuşada “Xarıbülbül” festivalı bu gün qala konsertlə davam etdiriləcək

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunan “Xarıbülbül” musiqi festivalı bu gün …