Çərşənbə , İyul 17 2019
Ana səhifə / Bölgələr / Göyçayda 61 məmur niyə istefa verib?

Göyçayda 61 məmur niyə istefa verib?

Sosial şəbəkələrdə və bir sıra saytlarda Göyçay rayonunda məmurlar kütləvi şəkildə işdən çıxmaq üçün ərizə yazdıqlarına dair məlumat yayılıb. Göyçay rayonunda 61 nəfər məmurun vəzifədən çıxmaq üçün yerli icra hakimiyyətinə rəsmi müraciət ünvanlaması ilə bağlı ərizələrin sürəti də ictimailəşdirilib. İşdən çıxmaq üçün edilən kütləvi müraciətlərdə səbəb kimi məmurların səhhətlərində yaranan problem olduğunu bildirilir. Ancaq eyni anda , eyni səbəblə bu qədər məmurun istefa ərizəsi yazması maraqlıdır. Qeyd edək ki, ilikin məlumatı regionda fəaliyyət göstərən hefteaz.tv internet saytı yayıb. Hələlik Göyçay İcra Hakimiyyəti məsələyə münasibətini açıqlamayıb. Bazar günü olduğu üçün, onlardan mövqe öyrənə bilmədik. Onların da fikirlərinə yer verməyə çalışacayıq.

Həmçinin oxuyun

Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı gəlir? – İDDİA

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun qardaşının rayona rəhbər göndəriləcəyi deyilir.DİA,AZ xəbər verir ki, Fazil …