Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Bölgələr / Göyçay toyunda kütləvi dava: Qıza nömrə verən ofisiant döyüldü – VİDEO

Göyçay toyunda kütləvi dava: Qıza nömrə verən ofisiant döyüldü – VİDEO

Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» verilişində ötən gün maraqlı görüntülər yayımlanıb.

Verilişə müraciət edən Pakizə xanım oğlu Orxanın çalışdığı Göyçay «Nar» restaranında 20 nəfər tərəfindən döyüldüyünü bildirib. Araşdırma zamanı ofisiant oğlunun toy zamanı qıza nömrə verməsi halları üzə çıxıb. Pakizə xanım iddiaları rədd edərək oğlunun nömrə yox xına buketini masanın üstünə qoyduğunu bildirib. «Oğlum hansısa qıza nömrə verməyib, sadəcə xına buketini həmin masaya qoyub. Bunu görən toy sahibləri də oğlumu vəhşicəsinə döyüb», – deyə Pakizə xanım bildirib.

Amil Xəlil ona gələn instagram mesajlarında Orxanın həqiqətən də, qıza nömrə verməsini təsdiqləyiblər. Məhz bu səbəbdən də toyda əlbəyxa adava düşüb.

Həmçinin oxuyun

Bərdədə həlak olan Aysunun atası: “Getdim ki, uşaq yoxdur”

Oktyabrın 27-də Ermənistan silahlı bölmələrinin növbəti dəfə dinc sakinləri hədəfə alıb Bərdəni atəşə tutması zamanı …