Cümə , Noyabr 27 2020
Ana səhifə / Bölgələr / Göyçay sakini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib -rüşvət, korrupsiya…-video

Göyçay sakini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib -rüşvət, korrupsiya…-video

Göyçay rayonunun Qaraməryəm kənd sakini Səbuhi Quliyev növbəti dəfə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, müraciətin bir surətini də ANAXEBER.az saytına ünvanlayıb.
Xatırladaq ki, ötən mürüaciətdə Səbuhi Quliyev Göyçay rayonunda fəaliyyət göstərən 7 saylı tam orta məktəbin direktorundan şikayət edirdi. Onun sözlərinə görə, yaxın qohumunu işə düzəltmək üçün sözügedən məktəbin Adil adlı direktoruna 7 min manat pul verib. Lakin aylar keçməsinə baxmayaraq nə qohumu işə düzəlib, nə də direktor pulu qaytarıb.
Səbuhi Quliyev yeni müraciətində yazır ki, direktor işin “dolaşığa” düşməsini rayon təhsil şöbəsinin müdiri Rəşad Məmmədovun işdən çıxarılması ilə izah edir.
Məlumat üçün deyək ki, Rəşad Məmmədov təhsil şöbəsinin müdiri təyin olunmamışdan əvvəl icra nümayəndəsi vəzifəsində çalışıb. Onun işdən çıxarılması barədə mətbuatda gedən məlumatlarda iddia olunur ki, keçmiş şöbə müdiri rüşvət faktına görə vəzifəsindən uzaqlaşdırılıb. Səbuhi Quliyevin müraciətində onunla bağlı yer alan faktlar yayılan məlumatların əsassız olmadığına şübhələri artırır.
Səbuhi Quliyev yazır ki, Rəşad Məmmədov rayonda fəaliyyət göstərən “ATF” ASC adlı tikinti şirkətinin rəhbərliyi ilə əlbir olaraq məktəblərin tikintisinə və təmirinə büdcədən ayrılan vəsaitləri qaranlıq məqsədlərə sərf edir. “Tikilən məktəblər layihə ilə uyğun gəlmir. Bu da məktəb tikintisində korrupsiya əməliyyatlarının həyata keçirilməsinə şübhələr yaradır”, – deyən Səbuhi Quliyev Prezident və Vitse-Prezidentdən bu məsələyə diqqət ayırmalarını xahiş edir. Şikayətçi bildirir ki, araşdırma aparılarsa, Rşad Məmmədovun çoxsaylı korrupsiya əməlləri üzə çıxa bilər. Səbuhi Quliyev həmçinin deyir ki, müraciətdə yazdıqlarını sübut etməyə hazırdır.
ANAXEBER.az

Həmçinin oxuyun

Kəlbəcərin İstisuyunun yeni görüntüləri (VİDEO)

Kəlbəcər rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasının görüntüləri paylaşılıb.Bu barədə video sosial şəbəkələrdə yayılıb.Qeyd edək ki, …