Ana səhifə / Bölgələr / Göyçay RİH-də yoxlamalar niyə aparılır? – “Bütün vəzifəli şəxslər…”

Göyçay RİH-də yoxlamalar niyə aparılır? – “Bütün vəzifəli şəxslər…”

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır. 
Göyçay İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, qurumun bütün vəzifəli şəxsləri dindirilir:
“Bütün vəzifəli şəxslər idarədə dindirilir. Bura bələdiyyələr, icra nümayəndələri, müəssisə və təşkilat rəhbərləri də daxildir. Yoxlamalar əsasən torpaq, tikinti və subsidiya məsələsi ilə bağlıdır. Hazırda bütün bu məsələlərlə bağlı istintaq gedir”.
Qeyd edək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

İmişlinin icra başçısı 300 minə zibillik yaradıb-Foto

Əslən İmişli rayonundan olan sosial şəbəkə fəalı Saleh Qafarlı öz hesabında rayondakı acınacaqlı sanitar vəziyyəti …