Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Bölgələr / Goranboyda güclü yanğın: Ölən və yaralanan var

Goranboyda güclü yanğın: Ölən və yaralanan var

Goranboy rayonunun Kürəkçay qəsəbəsində (Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 20 km aralı) ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində (arakəsmələri, tavanı və döşəməsi taxta konstruksiyalardan ibarət) ayrı-ayrı vətəndaşlara məxsus 5 mənzilin yanar konstruksiyaları və dam örtüyü 249 m² sahədə yanıb.

Azinforum.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzil sahiblərindən biri, 1974-cü il təvəllüdlü Verdiyevin Altay Paşa oğlunun yanmış meyiti aşkar edilib və aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarətləri alıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Həmçinin oxuyun

“Şamaxıda vulkan məhsulu 3 hektar əraziyə yayılıb” – Ceyhun Paşayev

Son dövrlər ölkəmizdə seysmik aktivlik artdığına görə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Budəfəki püskürmə …