Ana səhifə / Bölgələr / Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi tibbi yardım göstərilir. Hazırda ağır vəziyyətdə olan yaralıların müalicəsi davam edir.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, dövlət tərəfindən xəsarət alan şəxslərə hər cür yardım edilir.

“Şəhər rəhbərliyi prosesi nəzarətdə saxlayır. Ümidlərimiz odur ki, yaralıların hamısı sağalacaq. Dünən təəssüflər olsun ki, ağır yaralılardan biri həyatını itirdi. Rəhmətə gedənlərin sayı 10 nəfər oldu. Ümid edirik ki, ölüm sayı artmayacaq”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 15 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb.

Həmçinin oxuyun

Ermənilər 22 günlük körpəni anasız qoydu — FOTO

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həyatını itirən Tükəzban Mirzəliyevadan geriyə Kəmalə adında 22 günlük körpəsi …