Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Bölgələr / Gəncədə evi bombalanan, gözünü itirən qadın başçıya üsyan etdi – VİDEO

Gəncədə evi bombalanan, gözünü itirən qadın başçıya üsyan etdi – VİDEO

44 günlük müharibə dövründə ermənilərin Gəncəni bombalaması nəticəsində ilk zərər çəkən olan şəhər sakini Vüsalə Əliyeva üsyana qalxıb.

Belə ki, evi dağılan və bir gözünü itirən A. Əliyeva 1 ildir çadırda yaşadığını bildirir. Onun sözlərinə görə, erməni terrorundan zərər çəkən biri kimi nə ona kompensasiya verilib, nə evlə təmin olunub.

Bombalanmış evinin qarşısında etiraza qalxan və yolu bağlayan A. Əliyeva Gəncənin icra başçısı Niyazi Bayramovun laqeydliyindən şikayətlənib. Vətəndaş icra başçısının onunla maraqlanmadığını bildirib.
 

Reportyor.info

Həmçinin oxuyun

Çaylıya dəmir oğurluğuna gedənlər həbs edildi – FOTO

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar …