Cümə , Aprel 12 2024
Ana səhifə / Bölgələr / Gəncə İcra Hakimiyyətində əməliyyat keçirilib? – Açıqlama

Gəncə İcra Hakimiyyətində əməliyyat keçirilib? – Açıqlama

“Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb”.
Bu barədə Baş Prokurorluğun yaydığı sonuncu məlumatda bildirilib.
Qeyd olunub ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir:
“Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik”.
Prokurorluq məsələ ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib.

Həmçinin oxuyun

Xankəndidə erməni oliqarxların zavodu – VİDEO

Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb. Bununla bağlı kadrlar AzTV-nin efirində, Vüsal Mətləbin təqdimatında …