Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Bölgələr / Gədəbəydə leysan elektrik təsərrüfatına ciddi ziyan vurub

Gədəbəydə leysan elektrik təsərrüfatına ciddi ziyan vurub

Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub. 

Bu barədə Azvision.az -a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.Onun sözlərinə görə, leysan yağışları qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradıb: “Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”. 

Həmçinin oxuyun

Daha bir kəndə qaz verildi – VİDEO

15 iyun – Milli Qurtuluş Günü Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib. Tədbirdə SOCAR Prezidenti …