Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Bölgələr / Füzulinin icra başçısı rayondakı “ictimai korrupsiya”nı ifşa edən jurnalistə “vətəndaş zəngləri” etdirir

Füzulinin icra başçısı rayondakı “ictimai korrupsiya”nı ifşa edən jurnalistə “vətəndaş zəngləri” etdirir

“RealMedia.az” saytında “Alı Alıyevin ictimai korrupsiyası – İcra başçısının həbsinə yetəcək faktlar” başlıqlı məqalənin dərcindən sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin kürkünə birə düşüb. Qısa olsa da xatırladaq ki, redaksiyaya daxil olmuş dəqiq məlumata əsasən hazırlanmış həmin yazıda Füzuli rayonunda haqqı ödənilən ictimai işlərə cəlb olunmuş kimi göstərilən 342 nəfərin çoxunun işə çıxmadığı, həm də məşğulluqlarını başqa sahələrdə təmin etdiklərindən kasıbçılıq meyarlarına uyğun gəlmədikləri bildirilirdi. Qeyd olunurdu ki, bu neqativ hal rayonda bu cür işlə təmin olunmaq üçün müraciət etmiş xeyli işsiz, kasıblıq həddindən də aşağı həyat tərzi keçirən vətəndaşların haqlı narazılığına, növbələrinin yetişəcəyinə ümidlərini itirməsinə səbəb olub. Redaksiyaya məlumat verən mənbə təkcə Füzuli rayonunun Böyük və Bala Bəhmənli kəndindən saxta ictimai işçilərin natamam adlı siyahısını təqdim etmişdi. Əminlik ifadə etmişdik ki, dərc etdiklərimiz hüquq-mühafizə, cinayət təqibi və dövlət təhlükəsizlik orqanlarına hərəkətə keçmələri üçün yetərli əsas verir. Görünür, elə buna görə də Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əl-ayağa düşmüş, qabaqlayıcı tədbir görməyi qərara almışdır. İndi isə gəlin görək, həmin primitiv tədbir nədən ibarətdir?

Məqalə dərc olunan gün ərzində siyahıda adları gedən bir neçə nəfər saytın baş redaktorunun mobil nömrəsinə zəng vurub təhqiramiz ifadələr işlətmişlər. Aşkar hiss olunub ki, saytın guya onların “çörəyinə dəydiyini” bildirən həmin şəxslər heç məqaləni oxumayıblar. Çünki zəng vurub deyirmişlər ki, guya sayt onların şəklini dərc edib. Aydın məsələdir, Alıyevin adamları onlara məhz belə deyiblər və təlimat veriblər ki, zəng vurub “mərdimazar” sayt rəhbərinin “abırını ətəyinə bükməsəniz”, sizin havayı aldığınız pullar kəsiləcək.

Bu məqamda hərəkətsizlik etsəniz, daha bizdən keçdi, danışığımızın şərtinə əməl edə bilməyəcəyik. Qəti əminik ki, həmin adamlar baş redaktora zəng vurduqları iş vaxtında kağız üzərində adları gedən müəssisələrdə iş başında olmayıblar. Cinayət təqibi orqanlarının əlində olan texnika ilə zənglərin vurulduğu ünvanı müəyyənləşdirmək elə də çətin deyil. Görünən odur ki, Füzuli RİH-nin başçısının da aqibəti həbs olunan həmkarları Qoca Səmədov, Nizaməddin Quliyevin Mahir Quliyev kimi olacaq.

RealMedia.az

Həmçinin oxuyun

Zibillik içində olan Xudat bazarı – Xəstəlik belə yayılır – VİDEO

Xaçmaz rayon, Xudat şəhərinin Mərkəzi Bazarı zibillik içərisindədir.Bazar illərdir ki, belə bir vəziyyətdə fəaliyyət göstərir.Ticarət …