Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Bölgələr / Füzuli hava limanında DSX-nın bölməsi fəaliyyət göstərəcək

Füzuli hava limanında DSX-nın bölməsi fəaliyyət göstərəcək

“Füzuli Beynəlxalq Hava limanında Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi fəaliyyət göstərəcək”.

Bu barədə Dövlət Sərhəd Xidmətinin əməkdaşı, polkovnik-leytnant Rəşad Məşədiyev bildirib.

“Müzəffər Ali Baş Komandanın Qarabağın hava qapısı adlandırdığı hava limanında olmaq çox qürurvericidir. Burada digər xidmətlərlə yanaşı DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcəkdir. Hava limanında yaradılan sərhəd nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və şəxsi heyyətlə komplektləşdirilməsi istiqamətində işlər görülür”, – o deyib.

Qeyd edək ki, bu gün Füzuli Beynəlxalq Hava Limanında tarixi hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Həmçinin oxuyun

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək …