Şənbə , Mart 23 2019
Ana səhifə / Bölgələr / Fazil Ələkbərov Naxçıvanda əsgərlərlə görüşdü

Fazil Ələkbərov Naxçıvanda əsgərlərlə görüşdü

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat briqadasına gedərək, əsgərlərə bayram sovqatı təqdim ediblər.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov əsgər və zabitləri bayramlar münasibətilə təbrik edib, onlara hərbi xidmətlərində uğurlar diləyib.

Əsgərlərdən Həsənxan Həsənxanlı və Çingiz Əkbərov qonaqlara minnətdarlıqlarını bildiriblər.

Sonda gətirilən bayram sovqatı hərbi hissəyə təhfil verilib.

Tədbir süfrə arxasında davam etdirilib. Briqadanın özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib. Əsgər və zabitlərin oxuduqları mahnılar, ifa olunan rəqslər alqışlarla qarşılanıb.

Həmçinin oxuyun

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında – VİDEO

Azərbaycanın tanınmış CBC Televiziyası rus dilində “Eto Azerbaydjan” (Bu Azərbaycandır) adlı verilişdə Naxçıvanın Novruz bayramı …