Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Bölgələr / Fəzail Ağamalı seçiciləri ilə görüşdü

Fəzail Ağamalı seçiciləri ilə görüşdü

Fəzail Ağamalı deputat seçildiyi Salyan rayonunun Qarabağlı, Qaraçala, Kərimbəyli, Yolüstü, Varlı və Xalac inzibati ərazisində seçicilərlə görüş keçirmişdir.

Azinforum.az xəbər verir ki, görüşdə ölkəmizdə həyata keçirilən islahatlar və Salyan rayonunda aparılan abadlıq-quruculuq işləri və seçiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Deputat 13 kəndin 22 min əhalisini əhatə edən 32 km-lik Salyan-Şirvan avtomobil yolunun müasir tələblər səviyyəsində çəkilişilə də tanış olmuşdur.

Görüş iştirakçıları illərdən bəri çətin vəziyyətdə olan yolun fundamental təmiri və çəkilişilə bağlı ölkə prezidentinə dərin minnətdarlığını bildirmişlər.

Həmçinin oxuyun

Məşhur Çoban Xanışın bir Vətən uğrunda canını verən iki nəvəsi… – FOTO

Azərbaycan xalqının və dövlətinin, onun şanlı ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı Vətən savaşında …