Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Bölgələr / Ermənistan 2018-ci ildə Naxçıvan istiqamətində böyük bir ərazini itirdi

Ermənistan 2018-ci ildə Naxçıvan istiqamətində böyük bir ərazini itirdi

“Biz hələ 2018-ci ilin aprel – may aylarında Naxçıvan istiqamətində kifayət qədər böyük bir ərazini əldən verdik”.

Virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, bunu noyabrın 19-da keçirdiyi mətbuat konfransında Ermənistan Müdafiə Nazirliyi Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi general-polkovnik Movses Akopyan deyib.

“Biz Zəngəkatun sahəsində güzəştə getdik, düşmən təxminən 6 km irəlilədi”, – o bildirib.

“Artak Davtyan o zaman komandir idi və bütün bunları gizlədirdi”, – deyə Akopyan qeyd edib.

Xatırladaq ki, 2018-ci il may ayının sonunda virtualaz.org olaraq yazmışdıq ki, Naxçıvanda Əlahiddə Ordunun Xüsusi təyinatlı qoşunları neytral zona boyunca irəliləyib və Şərur rayonunda Qızılqaya da daxil olmaqla, yeni yüksəklikləri azad ediblər.

Nəticədə, 1992-ci ildən erməni ordusunun nəzarətində olan Günnüt kəndi düşmən atəşindən çıxarıldı. Bundan başqa, Azərbaycan Ordusu Yerevan-Qoris-Laçın yoluna nəzarət etmək imkanı əldə etdi.

Həmçinin oxuyun

Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşdı

Lerik rayonunda baş verən yol qəzasında sürücü ölüb. Rayonun Piran kəndində “Niva” markalı  avtomobil təxminən 85 …