Cümə , Noyabr 27 2020
Ana səhifə / Bölgələr / Ermənilər Ağdamda da evləri yandırırlar – VİDEO

Ermənilər Ağdamda da evləri yandırırlar – VİDEO

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı bəyanatına əsasən, Ağdam rayonu 20 noyabr 2020-ci ildə işğaldan azad olunacaq.

Bu gün Türkiyənin “TRT Haber” telekanalı Ağdam rayonunu tərk edərkən erməni qoşunlarının yanğınlar törətdiyi barədə reportaj yayımlayıb.

“Biz Ağdamdan 5 kilometr məsafədə dayanmışıq. Siz yanğınların işartılarını görürsünüz: bunlar erməni qoşunlarıdır –  qərargahlarının binalarını, postlarını və bütün digər binaları yandırırlar. Hazırda Ağdamın mərkəzində yanğınlar davam edir”, – deyə “TRT Haber”in müxbiri Bülent Çulçuoğlu bildirib.

Qeyd edək ki, ermənilər təxliyə edilməzdən əvvəl Kəlbəcər rayonunda da evlərə od vurub, ağacları kəsiblər.

Həmçinin oxuyun

Allahverdi Bağırovun məzarı tapıldı (FOTO)

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun işğaldan azad olunan Ağdam rayonunda məzarı tapılıb. Bu barədə sosial …