Çərşənbə axşamı , Aprel 20 2021
Ana səhifə / Bölgələr / Ekspert: “Azad edilmiş ərazilərdə təhsil sisteminin qurulması yeni yanaşmalar tələb edir”

Ekspert: “Azad edilmiş ərazilərdə təhsil sisteminin qurulması yeni yanaşmalar tələb edir”

“İşğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Təhsil eksperti İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, artıq işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun qurulması ilə bağlı işlərə başlanılıb:

“Konkret planlar hazırlanır və ilk növbədə statistik məlumatlar toplanılır. İşğaldan sonra həmin ərazilərin sakinləri müxtəlif rayonlarda məskunlaşmağa məcbur oldular. Eyni zamanda köçkün məktəblərində demoqrafik vəziyyət pozulub. Bir çox hallarda bir köçkün məktəbində bir neçə işğal olunmuş rayonun şagirdləri təhsil alırlar. Bütün bu məsələlərin həlli kompleks yanaşma tələb edir. Köçkün məktəblərində çalışan təhsil işçiləri bəzən heç o rayondan deyil. Bu da qayıdış zamanı problem yarada bilər. Bu kimi məsələlər yeni yanaşmaların ortaya qoyulmasını tələb edir”.

Həmçinin oxuyun

Şuşada elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşdı

“Şükürbəyli yarımstansiyasında işlər tamamlanıb, inteqrasiya işləri gedir, Şuşa yarımstansiyasına gedən birinci və ikinci xətlər quraşdırılıb …