Çərşənbə , May 12 2021
Ana səhifə / Bölgələr / Düşmən çayın qarşısını kəsdi, kənd susuz qaldı (FOTOLAR)

Düşmən çayın qarşısını kəsdi, kənd susuz qaldı (FOTOLAR)

Tovuzun Əlibəyli kənd sakinləri susuzluqdan əziyyət çəkir.

Uzun illərdir ki, onlar başlanğıcını Ermənistanın Berd rayonundan götürən bir çayın ümidinə yaşayırlar.

Nə qədər ki ermənilərə su lazımdır çayın qarşısı kəsilir, ermənilər öz təsərrüfatlarının suvarılmasında istifadə edirlər. Onlara lazım olmadıqda isə  yağışlar yağmadığı halda ehtiyat məqsədilə çayın qarşısında yaratdıqları su anbarları doldurulur.

Əgər burdan su artarsa, o halda ermənilər suyun qarşısını açırlar. Çay gəlmədikdə ermənilərin 500 metr addımlığında yaşayan Əlibəylilər  həyatlarını təhlükə altına qoyub çayın qarşısını açmaq üçün çayın mənbəyinə gedirlər. Kənd sakinləri bu çayın suyundan həm içməli su kimi, həm də suvarmada istifadə edirlər.

Sakinlərin suya olan tələbatlarının ödənilməsi məqsədilə 90-ci illərdə artezian quyusu da qazılıb. Hətta bir nəfər də erməni gülləsindən ağır yaralanıb. Bundan sonra artezian idarəsi işləri yarımçıq qoyub gedib. Quyu indiyədək sakinlər tərəfindən qorunub saxlanılır.

Hətta quyunun ağzına bir daş da qoyublar ki, daş, qumla dolmasın. Sakinlər deyir ki, artezianın quraşdırılıb istifadəyə verilməsi ilə bağlı aidiyyatı orqanlara dəfələrlə müraciətləri olub.

BAKU.WS

Həmçinin oxuyun

“Azərxalça”nın Naxçıvan filialı açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak …