Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Bölgələr / DTX Naxçıvan Dövlət Universitetini yoxlasın – ŞİKAYƏT

DTX Naxçıvan Dövlət Universitetini yoxlasın – ŞİKAYƏT

Naxçıvan Dövlət Universitetinin(NDU) fəaliyyətinin yoxlanması ilə bağlı çağırışlar bir-birini əvəzləyir. Ötən ilin noyabrında Vasif Talıbovun oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən çıxarılandan sonra rektor Elbrus İsayev bu xəbəri yalana çıxarmağa çalışmışdı. Seymur Talıbovun işdən çıxarılmadığını israr edirdi. Sonradan isə bəlli oldu ki, rektor, sadəcə yalan danışır, o günlərdə Ali Məclis sədri olan Vasif Talıbovun gözünə xoş görünmək üçün mətbuatı yalan yazmaqda ittiham edir.

“Yeni Müsavat”a Naxçıvandan göndərilən məktubda Elburus İsayevin rektorluğa qədər uzanan yolu haqda məlumat verilir. Qeyd olunur ki, Naxçıvan Dövlət Universitetində layiqli namizədlər olduğu halda Elbrus İsayev kurs rəhbərliyindən rektor vəzifəsinə təyinat alıb.

Məktubdan sitat:

“Deməli, Elburus İsayev Seymur Talıbovun göz bəbəyi – rektoru olsa da, faktiki onun təhsil pulu yığanı idi. “İstedad” kursundan rektor gələn Elbrus İsayev Naxçıvan Dövlət Universitetində oturub, Naxçıvan Müəllimlər Universitetinə də nəzarət edirdi, ora da onun tabeliyində idi. Seymur Talıbov prorektorluqdan gedəndən sonra, keçən ay Elbrus İsayev Seymura çatacaq pulun 5 faizini müəllimlərə 13-cü maaş kimi verdi. Türklər demiş, “paçayı sivirdi”.

Məktubda qeyd olunur ki, Elbrus İsayev Naxçıvan Dövlət Universitetində hegemonluq edir: “İstedad” kursuna Fuad Nəcəflinin kəndlisini qoyub. Özü də Kolanıdan evlənib. Dövlət Təhlükəsizliyi Xidmətindən xahiş edirik ki, Elburus İsayevin fəaliyyətini yoxlasınlar. O, Seymur Talıbova Universitet və kursdan milyonlar yedirib. İndi də özünü Fuad Nəcəfliyə şirin göstərməyə çalışır. Naxçıvanda təhsil Seymur Talıbovla  Elburus İsayevə qaldığına görə bərbad günə düşüb. Belə ki, 2014-cü ildə 500 baldan yuxarı bal toplayan şagird sayı 347 nəfər idisə( Azərbaycanda 5 min 564 nəfər, yəni 6.2 faiz) 2022-ci ildə bu rəqəm 254 nəfər olub(Azərbaycan üzrə 7 min 88 nəfər, yəni 3.5 faizi). Seymur Talıbovla Elbrus İsayevin nailiyyəti budur”.

Həmçinin oxuyun

Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı

Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gündən …