Cümə , Yanvar 22 2021
Ana səhifə / Bölgələr / Dövlət Xidmətinə yeni rəis təyin olundu

Dövlət Xidmətinə yeni rəis təyin olundu

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.

Azinforum.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmana əsasən, Mirzə Xəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Mirzə Cəlilov bundan əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Naxçıvanda Medianın İnkişafı Agentliyi yaradılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında …