Çərşənbə axşamı , Oktyabr 4 2022
Ana səhifə / Bölgələr / Din xadimləri Şuşada Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar – FOTOLAR

Din xadimləri Şuşada Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar – FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfəri davam edir.

APA-nın məlumatına görə, səfər iştirakçıları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər, məsciddə Sübh namazı qılıb, dualar ediblər.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

Həmçinin oxuyun

Hacıqabulun ən böyük qəsəbəsində içməli su tapılmır- Videoreportaj

Hacıqabul rayonunun ən böyük qəsəbələrindən olan Muğan sosial problemlərin məngənəsində boğulur. Qəsəbə ucqar bir ərazidə …