Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Bölgələr / Deputatlığa namizəd Vüqar Bayramov Horadiz şəhərində seçicilərlə görüşdü

Deputatlığa namizəd Vüqar Bayramov Horadiz şəhərində seçicilərlə görüşdü

84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Sumqayıt, Bakı, Qaradağ, Şirvan və Sabirabaddan sonra Füzuli rayonunda ilk görüşünü Horadiz seçiciləri ilə keçirib. 

Çoşğulu qarşılamadan mütəəssir olan Vüqar Bayramov “mən də Sizin kimi çətin həyatı, o agır illəri görmüş insanlardanam. Düşünürəm ki, eyni statusa sahib insanlar bir-birlərinin problemlərini daha yaxşı anlamaq, onların həllinə dəstək olmaq imkanına malikdirlər” deyib: “O dövrdə yaşadıgım çətinliklər mənə həm təhsil, həm də digər sferada daha aydın, daha çatılan bilən hədəflərin müəyyənləşdirilməsinə imkan yaratdı.

Deputatlığa namizəd niyə məhz 84 saylı dairədən namziədliyini verməsinin səbəblərini də açıqlayıb: “Mən də məcburi köçkünəm, özümü Sizdən ayırmıram. Düşündüm ki, Füzuli rayonundan dəstək alıb parlamentdə təmsil olunacagım halda daha çox işlər görə bilərəm, daha çox həmyerlimə, bütövlükdə xalqıma dəstək ola bilərəm.”

Vüqar Bayramov seçicilərlə fəaliyyət planlarını da bölüşüb: “Hər zaman çalışıram ki, müstəqil, obyektiv mövqeyimi saxlayaraq insanlarımızın sosial, iqtisadi problərinin həllinə yardımçı olacaq təklif mexanizmi hazırlayıb gərəkli qurumlara təqdim edim. İndiki dövr üçün vacib və əhəmiyyətli olan yeni müstəvidə millət vəkili-seçici münasibətlərinin formalaşmasına nail olmaqdır. 9 fevralda hər birinizi seçkiyə dəvət edirəm. Kimi daha savadlı, potensiallı, layiqli bilirsinizsə, kimin fəaliyyət planı sizə inadırıcı və vacib görünürsə, o şəxsə də səs verin.”

Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Vüqar Bayramov təkcə dünyada tanınmış iqtisadçı deyil, həm də əsl vətənpərvərdir: “Hər birimizin problemləri var, ancaq Sizin məcburi köçkünlərin çətinlikləri daha çoxdur. Bu insanların problemlərini araşdırmaq və həll etmək üçün gərək buranın, burada yaşayanların problemlərini öz problemi kimi görən deputatlar olsun. Vüqar Bayramova səs verəcəyiniz təqdirdə, onun xalq üçün faydalı şəxslərdən olacagına inanıram”

Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Qalib Hüseynov isə deyib ki, Vüqar Bayramov nəinki Füzuli rayonun problemlərini araşdırılmasına, eyni zamanda ölkədə həyata keçirilən sosial iqtisadi islahatlara dəstək verən şəxslərdəndir.

Görüş seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirə və sual-cavabla davam edib.

Həmçinin oxuyun

Ermənilər Goranboya raket atdı, ölən var

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Bu barədə …