Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Bölgələr / Deputat karantin qaydalarını belə pozdu — FOTOLAR

Deputat karantin qaydalarını belə pozdu — FOTOLAR

Koronavirus pandemiyasının Azərbaycanda da yayılması səbəbindən ölkədə xüsusi rejimli karantin vəziyyəti elan olunub. 

Baxar.az xəbər verir ki, xüsusi rejimli karantin vəziyyətində bir sıra qaydalar tətbiq olunub ki, bu qaydalardan biri də insanların ictimai yerlərdə, görüşlərdə ara məsafəsinin qorunması, tibbi maskalardan istifadə olunmasıdır.

78 saylı Lerik Seçki Dairəsindən deputat seçilmiş İqbal Məmmədov görüşlərinin birində tibbi maskadan düzgün istifadə etməyib və ara məsafəsinin gözlənilməsinə riayət etməyib. Eyni zamanda, onunla görüşən şəxslərin əksəriyyəti belə tibbi maskadan istifadə etməyib.

Qeyd edək ki, İqbal Məmmədov “Relax” İstirahət Mərkəzində vergi əməkdaşlarının döyülməsi ilə bir müddət əvvəl də gündəmə gəlmişdi.

Həmçinin oxuyun

Beyləqanda kimsənin bata bilmədiyi məmur… – İTTİHAM

Dəfələrlə saytımızda Beyləqanda “Dostluq” Damazlıq Birliyi Sovxozunun (hal-hazırkı adı “Azəraqrar” Aran Mərkəzi Regional İdarəsi) direktoru …