Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Bölgələr / Daşkəsən rayonunda təbii fəlakət baş verib – FOTOLAR

Daşkəsən rayonunda təbii fəlakət baş verib – FOTOLAR

Daşkəsən rayonu ərazisində 11 avqust 2021-ci il tarixdə saat 18:00 radələrindən başlayaraq baş vermiş təbii fəlakət – güclü külək əsməsi və qasırğa nəticəsində rayon ərazisində çoxmərtəbəli və fərdi yaşayış binalarının, sosial-inzibati binaların dam örtüyünə, elektrik, rabitə və qaz təsərrüfatına ziyan dəyib.

İcra hakimiyyətindən bildirilib ki, külək bir neçə çoxmərtəbəli yaşayış binasının dam örtüyünü taxta konstruksiyaları ilə birlikdə tamamilə uçurub, bəzi binaların və fərdi evlərin dam örtüyünə isə qismən zərər vurub.

Rayon Hidrometeorologiya stansiyasının verdiyi məlumata görə, küləyin sürəti saniyədə 30-35 m təşkil edib.

Daşkəsən şəhəri S.Vurğun küçəsi 17 nömrəli çoxmərtəbəli yaşayış binasının və S.Vurğun adına 4 nömrəli tam orta məktəbin, Quşçu qəsəbəsində çoxmərtəbəli yaşayış binasının dam örtüyünü taxta konstruksiyalarla birlikdə binaların üstündən tamamilə atıb.

Baş vermiş təbii fəlakət barədə aidiyyəti qurumlara məlumat verilib. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanın həcmi müəyyənləşdirilir və daxili imkanlar hesabına yaranmış problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Həmçinin oxuyun

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək …