Çərşənbə axşamı , Mart 2 2021
Ana səhifə / Bölgələr / Daha bir rayonda koronavirusa yoluxma halları artır — VİDEO

Daha bir rayonda koronavirusa yoluxma halları artır — VİDEO

Cəlilabadın daha bir kəndində yeni növ koronavirus infeksiyası aşkarlanıb.


Rayonun Ağdaş kəndinin bir neçə sakini yüksək hərarətlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.


Onlardan yaxma test analizləri götürülüb, nəticədə bəzi sakinlərdə koronavirus infeksiyası aşkarlanıb. Həmin şəxslərin yaxınları və təmasda olduqları şəxslər koronavirus şübhəsi ilə karantinə alınıb. Eyni zamanda Ağdaş kəndi nəzarətə götürülüb, kənddə karantin rejimi tətbiq edilib. Kənd sakinlərinin, əsasən də 65 yaşdan yuxarı insanların çölə çıxmaması tövsiyə olunur.


Hazırda Ağdaş kəndində koronavirus aşkarlanan xəstələrin evlərində Gigiyena və Epidemiologiya Mərkəzinin Cəlilabad rayon stansiyasının əməkdaşları tərəfindən dezenfeksiya tədbirləri həyata keçirilir.


Sakinlərin dediyinə görə, Ağdaş kəndində 4 nəfər koronavirusdan ölüb. Digər kəndlərdə də ölüm hallarının olduğu bildirilir.


Qeyd edək ki, Cəlilabad rayonunun daha 5 kəndində-Həziabad, Bəciravan, Kazımabad, Alar, Şıxlarda COVID-19 infeksiyasına yoluxma halları aşkarlanıb. Hazırda xəstələr ölkə ərazisində yerləşən xüsusi rejimli xəstəxanalarda müalicə olunur.

Həmçinin oxuyun

Azad olunmuş ərazilərdə torpaqları yerli əhali əkib-becərəcək

Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan ərazilərini azad etdikdən sonra ilkin infrastrukturun bərpası …