Bazar ertəsi , Mart 20 2023
Ana səhifə / Bölgələr / Daha bir məktəbli qızın ərə verilməsinin qarşısı alındı

Daha bir məktəbli qızın ərə verilməsinin qarşısı alındı

Qazaxda yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə Qazax rayon Polis Şöbəsinə rayonun Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

Həmçinin oxuyun

Naxçıvan Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibətilə tədbir keçirilib – FOTOLAR

Naxçıvan Muxtar Respublikasında 18 Mart – Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibətilə tədbir keçirilib. APA-nın Naxçıvan …