Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Bölgələr / Dəhşətli olay: Gədəbəydə qadın kişinin üzərinə qaynar samovar aşırdı

Dəhşətli olay: Gədəbəydə qadın kişinin üzərinə qaynar samovar aşırdı

Gədəbəydə 23 yaşlı kişinin üstünə qaynar samovar aşıb.

Hadisə rayondakı kafelərin birində qeydə alınıb.

Hüseynov Elməddin Ramazan oğlu üz nahiyəsinin yanığı, ikinci dərəcəli ağır yanıq xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Bildirilir ki, hadisəni adı açıqlanmayan qadın edib. O, E.Hüseynovun üzərinə qaynayan samovarı aşırıb. Hələlik qadının hansı səbəbdən bu addımı atdığı açıqlanmır.

Faktla bağlı araşdırma aparılır. oxu.az

Həmçinin oxuyun

Şuşa şəhərinin havadan görüntüsü- VİDEO

Müdafiə Nazirliyi Şuşa şəhərinin havadan videogörüntüsünü yayıb.Azinforum.az həmin görüntünü təqdim edir.