Şənbə , Fevral 24 2024
Ana səhifə / Bölgələr / Cavidin itkin düşməsi ilə bağlı polisə yalan izahat verilib? – VİDEO

Cavidin itkin düşməsi ilə bağlı polisə yalan izahat verilib? – VİDEO

Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.

“Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində Cavidin itkin düşməsi ilə bağlı polisə verdiyi izahatın yalan olduğu məlum olan Goranboy sakini Rahil Aslanov danışıb.

O açıqlamasında qeyd edib ki, polisi gördüyü zaman qorxduğu üçün yalan danışıb.

Məsələdə şübhəli bilinən şəxslərdən biri olan Astan Məsim oğlu Cəfərovun bacısı isə efir zamanı Cavidin atası Fərman Cəfərova hədə-qorxu gəlib.

Qeyd edək ki, Goranboyda aparılan çəkilişlər zamanı Astan Cəfərov televiziyanın kameramanına hücum çəkməyə cəhd edib və çəkilişə mane olmaq istəyib.

Həll yolunu tapmayan müəmmalı hadisənin təfərrüatı süjetdə:

Həmçinin oxuyun

16 yaşında nişanlanan qızın anası: “Bir-birlərini görüb bəyəniblər” – VİDEO

“Qızım 17 yaşının içindədir, oğlanın isə 35 yaşı var. Mən Bakıda olanda qızın şəkilini görüblər. …