Ana səhifə / Bölgələr / Cənab Sahil Babayev, bu adamdan PUL ÇIXMAZ… – Ucardan ŞİKAYƏT

Cənab Sahil Babayev, bu adamdan PUL ÇIXMAZ… – Ucardan ŞİKAYƏT

Ucar şəhəri Babək küçəsi ev 6 sakini İbrahimov Mikayıl Hüseyn oğlu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət ünvanlanıb.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Mənim qardaşım 25 iyul 1959-cu il tarixdə anadan olmuş İbrahimov Şahin Hüseyn oğlu anadan gəlmə şikəst doğulub.Buna görə o əlil hesab edilib və təqaüd alıb.Qardaşım hazırda tam iflic vəziyyətində olmaqla hərəkət edə və danışa bilmir.Onda həmçinin əqli gerilik xəstəliyidə var.
Bir neçə aydır ki, qardaşımın əlillik müddəti bitib. Yataq xəstəsi olduğu üçün onu xəstəxanaya müayinəyə apara bilmirik ki, sənədlərini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsinlər.Bunu isə Ucar rayon Xəstəxanası və 13 saylı Tibbi Sosial Ekspertiza Komissiayası etmək istəmirlər.Dəfələrlə onlara müraciətlər etsəmdə heç bir tədbir görmürlər.
Qardaşım ağır xəstə olduğu üçün ailə həyatı qurmayıb.Ona valideyinlərim sağ olanda baxıb indi isə valideyinlərimiz vəfat edib deyə mən və ailə üzvülərim ona baxırıq.Adam tam hərəkətsizdir danışa belə bilmir.Belə bir ağır yataq xəstəsinin əlilliyinin təkrara təyin edilməməsi qanunsuzluqdur.
Gücümüz çatmır deyə onu tualetə apara bilmirik.Buna görə yatağına tualet edir.Çox acınacaqlı dəhşətli mənzərədir.Mənim övladım , həyat yoldaşım onun altın təmizləyir və buna görə onlar çox əziyyət çəkirlər.
Sizdən xahiş edirəm nümayəndənizi göndərin gəlib baxıb müayinə etsinlər və ağır yataq xəstəsi olan qardaşım Şahin İbrahimova əlillik dərəcəsini təyin edilməsinə köməklik göstərəsiniz”.

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq…

Həmçinin oxuyun

“Şabranda uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır” – FOTO

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır. APA …