Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Bölgələr / Cəlilabadın icra başçısının səlahiyyətlərini kim icra edir?

Cəlilabadın icra başçısının səlahiyyətlərini kim icra edir?

Cəlilabadın İcra başçısınln səlahiyyətlərinin icrası birinci müavin Mansur Məmmədova həvalə olunub.  Cəlilabad rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd edilib. 
Saytın məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, başçının səlahiyyətlərini icra edən Mansur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri Cəlilabad şəhərindəki Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.   
Xatırladaq ki, dekabr ayının 8-də  Prezident İlham Əliyevin sərəncamı ilə Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sabiq icra başçısı korrupsiya əməlində günahlandırılaraq, 4 ay həbs cəzasına məhkum edilib. //Modern.az 

Həmçinin oxuyun

“Şamaxıda vulkan məhsulu 3 hektar əraziyə yayılıb” – Ceyhun Paşayev

Son dövrlər ölkəmizdə seysmik aktivlik artdığına görə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Budəfəki püskürmə …