Cümə axşamı , Dekabr 8 2022
Ana səhifə / Bölgələr / Cəlilabadda məktəbin döşəməsi və tavanı çökdü – FOTO

Cəlilabadda məktəbin döşəməsi və tavanı çökdü – FOTO

Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbinin döşəməsi və tavanı çöküb.

Belə ki, valideynlər bu səbəbdən övladlarını məktəbə göndərmirlər.
Valideynlərin sözlərinə görə, bundan başqa məktəbdə istilik də yoxdur: “Məktəbdə 196 şagird təlim-tərbiyə alır. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən 1-4-cü sinif şagirdləri bu məktəbə gəlir. Digər 5-11-ci sinif şagirdləri isə qonşu Zəhmətabad kənd orta məktəbinə gedirlər. Məktəb tikiləndən bəri bir dəfə də olsun burada təmir işləri aparılmayıb”.

Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbin vəziyyəti ilə bağlı aidiyyəti orqanlara məlumat verilib: “Yaxın vaxtlarda yeni məktəb binası tikiləcək”.

Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.

Cəlilabadda məktəbin döşəməsi və tavanı çökdü -  FOTO

Həmçinin oxuyun

Lerikin dərdləri onun uca dağlardan da “Hündürdür”

Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları sırasında Lerikdəki “nümunələr” də …