Şənbə , Fevral 24 2024
Ana səhifə / Bölgələr / Cəlilabadda fermerlər satdıqları kartofun pulunu ala bilmirlər – VİDEO

Cəlilabadda fermerlər satdıqları kartofun pulunu ala bilmirlər – VİDEO

Cəlilabadda fermerlər min bir əziyyətlə becərdikləri məhsulun pulunu ala bilmirlər.

Xezerxeber.az xəbər verir ki, söhbət rayonun Maşliq kəndinin bir qrup təsərrüfatçısının düşdüyü acınacaqlı vəziyyətdən gedir.

Təsərrufat sahibləri iddia edir ki, ötən mövsüm istixana şəraitində becərdikləri kartofu İqbal adlı bir şəxsə satıblar. Onların sözünə görə, bu satışda həmin alıcıya Vüsal adlı bir həmkəndliləri vasitəçi olub. Amma, sonra söz verən alıcıdan kimsə bir qəpik də ala bilməyib.

İddiaya görə, İqbalın şikayətçilərə 3 min manatdan 10 min manata qədər borcu var.

Həmçinin oxuyun

16 yaşında nişanlanan qızın anası: “Bir-birlərini görüb bəyəniblər” – VİDEO

“Qızım 17 yaşının içindədir, oğlanın isə 35 yaşı var. Mən Bakıda olanda qızın şəkilini görüblər. …