Bazar ertəsi , May 27 2024
Ana səhifə / Bölgələr / Cəbrayılda mənzillər nə vaxt təhvil veriləcək? – VİDEO

Cəbrayılda mənzillər nə vaxt təhvil veriləcək? – VİDEO

31 ildir vətən arzusu ilə yaşayan Cəbrayıl sakinlərinə sevindirici xəbə. Xezerxeber.az-ın məlumatına görə, hazırda şəhərdə ümumilikdə 712 mənzili olan 33 bina inşa edilir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİNA) tərəfindən şəhərdə tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir.

Bu binalarda ümumilikdə 712 mənzil olacaq. Bir, iki, üç və dördotaqlı mənzillərin sahəsi minimum 45, maksimum 120 kvadratmetr təşkil edəcək.

Mənzillər tam təmirli olmaqla, mətbəx mebeli, qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə, mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə və məişət üçün isti su ilə təmin olunacaq.


Yaşayış binaları ilə yanaşı ərazidə məktəb və xəstəxana da inşa edilir. Burada istirahət guşələri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək.

Yaşayış kompleksində inşa olunan binaların 28-də hazırda dam, fasad və kosmetik işlər yerinə yetirilir. Qalan beş binada isə tikinti-quraşdırma işləri həyata keçirilir.

Altı kvartaldan ibarət kompleksin inşasının tezliklə yekunlaşacağı, bu il şəhərə sakinlərin köçürüləcəyi bildirilir.

Həmçinin oxuyun

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO

Göyçay Peşə Liseyinin həyətindən ərəb əlifbası ilə yazılan kağız parçalarında cadu aşkarlanıb. Faktı təhsil ocağının …