Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Bölgələr / Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib – Fotolar

Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib – Fotolar

2020-ci il 08 Noyabr tarixində Agentliyə Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 19 (on doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 21 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Avşar, Mirəşelli, Taxtakörpü, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Əfətli, Üçoğlan kəndləri, Beyləqan rayonunun Milabad kəndi, Cəbrayıl rayonunun Mehdili kəndi, Füzuli rayonunun Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Kərimbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Meşəli kəndi, Tərtər rayonunun Yenikənd, Çaylı, Seyidimli kəndləri və Şıxarx qəsəbəsi, Xocavənd rayonunun Ağoğlan qəsəbəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 29 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 296 ədəd tank əleyhinə mina, 21 ədəd tank əleyhinə minanın partladıcısı, 168 qram qara barıt, 903 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 1 ədəd piyada əleyhinə mina (PMN) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib -  Fotolar
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib -  Fotolar
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib -  Fotolar
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib -  Fotolar
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib -  Fotolar

Həmçinin oxuyun

Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşdı

Lerik rayonunda baş verən yol qəzasında sürücü ölüb. Rayonun Piran kəndində “Niva” markalı  avtomobil təxminən 85 …