Bazar ertəsi , May 27 2024
Ana səhifə / Bölgələr / Bu rayonlarda kirayə evlər kəskin bahalaşıb – VİDEO

Bu rayonlarda kirayə evlər kəskin bahalaşıb – VİDEO

Azərbaycanın bəzi rayonlarının kəndlərində kirayə evlərin qiyməti kəskin bahalaşıb. Bir müddət əvvəl 150 manata kirayə verilən evlər indi 400 manata təklif edilir.

Artıq 4 ilə yaxındır ki, Qarabağda sürətli quruculuq işləri görülür. İşğaldan azad olunmuş ərazilərdə bu müddət ərzində xeyli tikinti işləri görülüb, minlərlə yeni iş yeri yaradılıb.

İş üçün həmin ərazilərə gedən insanlar da ən yaxın kəndlərdən kirayə ev tuturlar. Tələbin çox olması isə qiymətləri 2-3 dəfə artırıb.

Bölgələrdə fəaliyyət göstərən rieltorlar deyirlər ki, kirayə verilən evlər orta şəraitli kənd evləridir. Ailəli şəxslər üçün verilən evlərlə subaylara verilən evlər arasında fərq var. Hətta evdə bir neçə nəfər qalırsa, əlavə şəxsə görə də pul ödənir.

Rieltorların sözlərinə görə, tələbin çox olduğu ərazilər Füzulinin Horadiz və Ağdamın Quzanlı qəsəbəsi, eləcə də Tərtərin Poladlı və Evoğlu kəndləridir.

Həmçinin oxuyun

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO

Göyçay Peşə Liseyinin həyətindən ərəb əlifbası ilə yazılan kağız parçalarında cadu aşkarlanıb. Faktı təhsil ocağının …