Çərşənbə axşamı , Sentyabr 28 2021
Ana səhifə / Bölgələr / Bu məktəblər də distant təhsilə keçir

Bu məktəblər də distant təhsilə keçir

Zərdab rayonunda daha 2 məktəb distant təhsilə keçir.

Bu barədə Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzi qərar qəbul edib.

GEM-dən bildirilib ki, rayonun şəhər 3 saylı məktəbi və Qaravəlli kənd orta məktəbində şagird və müəllimlərdə koronavirus infeksiyası aşkarlanması səbəbindən əyani təhsil dayandırılıb:

“Müvəqqəti olaraq təhsil ocaqları distant təhsilə keçir. Bundan başqa, hər iki məktəbdə dezinfeksiya işləri də həyata keçiriləcək”.

Qeyd edək ki, bir müddət öncə rayonun Məlikmudlu və Çallı kənd orta məktəblərində şagird və müəllimlərdə koronavirus infeksiyası aşkarlanması səbəbindən hər iki məktəb distant təhsilə keçmişdi.

Həmçinin oxuyun

Cəlilabad meşəbəyliyində 225 qanunsuz kəşilmiş ağac aşkarlanıb

Masallı və Cəlilabad rayonlarının meşə ərazilərində ağaclar kəsilir, meşə torpağı daşınır. Sakinlər bildirirlər ki, torpağı …