Ana səhifə / Bölgələr / Bu kənddən hamı qaçır – VİDEO

Bu kənddən hamı qaçır – VİDEO

Ağdam rayonunun Ergi kəndi və qəsəbəsinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Qəsəbə sakinlərinin sözlərinə görə, Ergi kəndinə qədər olan yeddi kilometrlik məsafə bərbad vəziyyətdədir. Məhz buna görə sakinlərin hərəkəti, rayon mərkəzinə gəliş-gedişləri problemə çevrilib.

Onlar bildiriblər ki, magistrala tək çıxışı olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyü döşənməyib:

“22 ildir bu zülmü çəkirik. Xəstəmizi həkimə apara bilmirik. Yasımız düşür, heç bir qohum gəlmir. Yol pis vəziyyətdə olduğuna görə hamı bu kənddən qaçır”.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Ergi qəsəbəsi üzrə avtomobil yolunun yenidən qurulması ilə bağlı maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …