Bazar , Noyabr 28 2021
Ana səhifə / Bölgələr / Bu kənddə içməyə su yoxdur – VİDEO

Bu kənddə içməyə su yoxdur – VİDEO

Saatlı rayonunun Azadkənd  kəndində yaşanan su çatışmazlığı sakinlərin işini çətinləşdirib. Onların sözlərinə görə həm içməli, həm də suvarma suyu ilə təchizatda problem yaşayırlar. Aidiyyəti qurumun rəsmisi problemi Araz çayında suyun səviyyəsinin çox azalması ilə əlaqələndirib. Mövcud vəziyyətlə bağlı rayonda qərargah yaradılıb.

Havaların isti keçməsi həm icməli, həm də suvarma suyuna tələbatı artırıb. Çaylarda suyun azalması isə insanları çətin vəziyyətə salıb..

Saatlı rayonunun Azadkənd kəndinin sakinləri deyirlər ki, əsas kanalda su minimum səviyyəyə enib. Nasoslar vasitəsilə də oradan su götürmək mümkün olmur. Qonşu kəndlərdə də bənzər vəziyyət hökm sürür

Su azlığı əkin sahələrinə də təsir edib. Xüsusilə pambıq sahələrində vəziyyət ürəkaçan deyil.Fermerlərin sözlərinə görə belə vəziyyətdə yüksək məhsuldarlıqdan söhbət gedə bilməz.

Məsələ ilə bağlı Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev bildirib ki, rayona su Araz çayndan gəlir. Çayda suyun səviyyəsinin həddən artıq düşməsi onların də işini çətinləşdirib.

Qeyd edək ki, mövcud problemlə əlaqədar rayonda qərargah yaradılıb. Hazırda sahələrin suvarılması üçün mümkün variantlar axtarılır.

Həmçinin oxuyun

Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır

Azərbaycan Respublikasının Laçın şəhəri, eyniadlı rayonun dəhlizə daxil edilmiş  kəndləri və keçmiş Dağlıq Qarabağ ərazisinin …