Cümə , Sentyabr 24 2021
Ana səhifə / Bölgələr / Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır

Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır

Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı başlayır.

Azinforum.az xəbər verir ki, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Həmçinin oxuyun

Cəlilabad meşəbəyliyində 225 qanunsuz kəşilmiş ağac aşkarlanıb

Masallı və Cəlilabad rayonlarının meşə ərazilərində ağaclar kəsilir, meşə torpağı daşınır. Sakinlər bildirirlər ki, torpağı …