Çərşənbə , Noyabr 29 2023
Ana səhifə / Bölgələr / Boluslu sakinləri: “Qaranlıqda qalmışıq” – Fotolar

Boluslu sakinləri: “Qaranlıqda qalmışıq” – Fotolar

Goranboy rayon Boluslu kənd sakinləri elektrik enerjisinin tez-tez kəsilməsindən şikayətçidirlər.
Bu barədə Yeniavaz.com-a məlumat verən sakinlər bildirirlər ki, küləkli havada elektrik enerjisinin kəsilməsi müəyyən qədər başadüşüləndir:
“Lakin küləksiz, sakit havada da elektrik enerjisini söndürürlər. Təngə gəlmişik. Kənddə hazırda hava az küləklidir, bunu bəhanə edib elektrik enerjisinin verilişini dayandırıblar, qaranlıqda qalmışıq”.
Məsələ ilə bağlı Goranboy Elektirik Şəbəkəsindən müvafiq sorğumuza belə cavab verildi:
“Elektirik şəbəkəsində nasazlıq var. İşlər yekunlaşan kimi elektirikin verlişi bərpa olunacaq”.

Həmçinin oxuyun

Xankəndidə Qarabağ Universiteti yaradılır

Prezident 2 ay müddətində universitetin nizamnaməsini təsdiq etməyi tapşırıb Prezident İlham Əliyev Qarabağda universitet yaradılması …